İlk səhifə
 
Burda özümün əsasən İnformasiya Texnologiyaları sahəsində apardığım araşdırmalar haqda yazacağam.
Azeronline Awarded
Java Script
PHP
Rashad Aliyev's Facebook profile

Azərbaycanda WAP və inkişafı mövzusunda olan seminar haqqında...

23 İyul 2008 06:57

Dünən 22 İyul, Azərbaycanda WAP və inkişafı mövzusunda seminar oldu. Məruzəmin uğurlu alınıb alınmamasını dinləyicilər deyə bilər. Özüm onu deyə bilərəm ki çox səs-küyə səbəb oldu bu seminar, maraqlı müzakirələr gedirdi. Press reliz və şəkilləri yaxın günlərdə yerləşdirərik. İndi isə Seminara gələ bilməyənlər üçün təqdimatın faylını yerləşdirirəm.

Yüklə

şərhlər

Yeni formatda MiniBar olacaq...

20 İyul 2008 08:19

BarKamp Azərbaycan 2008-in şəbəkəsində qərara gəldik ki MiniBarlarımızın formatını bir az dəyişək. Ona görə də növbəti MiniBar-ımız haqqında elan verdik.

22 iyul, saat 16:00-da “BarKamp Azərbaycan 2008″ qeyri-kofransına hazırlıq çərçivəsində təşkl edilmiş növbəti MiniBar olacaq.

Yeri formatda təşkil edilmiş MiniBar-da BarKamp haqqında məlumatdan başqa hər hansı bir mövzu haqqında seminar olacaq.

Mövzu: Azərbaycanda WAP və inkişafı

Seminarın planı:

  • mobil İnternet və wap
  • mobil internet istifadəçiləri 
  • mobil saytlar
  • mobil operatorlarda vəziyyət
  • azərbaycanda wap-dan qazanc
  • dünya praktikası

Məruzəçi: Rəşad Əliyev

Ünvan: “RİA Novosti” agentlyinin zalı (Bəşir Səfəroğlu küç. 195)

Əlaqə:

(+994 50) 6482737
rashad_a@barcamp.az
www.barcamp.az

şərhlər

İlk Seminar baş tutdu.

19 İyul 2008 19:36

Düzdür treninqdə özüm iştirak edə bilmədim, amma ki Osman müıllimlə əlaqə saxladım dedi gözəl alınıb. Qısmət olsa növbəti treninqlərdə iştirak edəcəyəm.

İlk Seminar baş tutdu. İlk Seminar baş tutdu.

Bu  gün  Multimedia Mərkəzi tərəfindən  “Jurnalistlərin İKT bacarıqlarının artırılmasına  dəstək”Layihəsi çərçivəsində təşkil olunan Treninqlərə start verilib.

Treninqlərdə   müxtəlif KİV-lərdə  çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edəcək.
 
Layihənin rəhbəri Osman Gündüz Layihə haqqında  və Layihə çərçivəsində keçiriləcək məşğələlərin mövzuları və Trenerlər haqqında  Jurnalistlərə məlumat  verib. O,  Layihənin əsas məqsədinin jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərmək, İnformasiya  Cəmiyyətinin  tələblərinə  cavab  verən jurnalistlər hazırlamaq, media subyektlərinin fəaliyyətini  müasir  tələblər  baxımından təkmilləşdirmək üçün metodiki–informasiya dəstəyi verməkdən ibarət olduğunu  qeyd edib.
 
Mətbuat Şurasının sədr müavini Umud Rəhimli , BDU –nun Mətbuat Tarixi  kafedrasının müdiri  Cahangir Məmmədli və ekspert Azər Həsrət çıxış edərək Jurnalistlərin peşəkarlığı üçün İKT  bacarıqlarına malik olmağın mühüm əhəmiyyət  kəsb etdiyini bildiriblər və onlara Treninqlərdə uğurlar arzulayıblar. 

İlk məşğələmin mövzusu “İnternetdə axtarış. Azərbaycan dilində axtarış. Müxtəlif axtarış proqramları. Şəkil və digər müxtəlif formatlı informasiyaların axtarışı. Saytların qeydiyyatı. Kataloqlar. Jurnalistlər üçün internet resurslar “  haqında olub . Meqa  şirkətinin təmsilçisi  Qabil Qasımov vəı Zabil Ibayevin mövzu ilə  bağlı təqdimatları olub. Treninq iştirakçılarını  maraqlandıran çoxsaylı sualları nəzərə alınmaqla  praktiki nümunələr təqdim olunub.
 
Növbəti Treninqlərdə Jurnalistlərin İKT ilə  bağlı  bacarıqlarının təkmilləşdirilməsi istiqamətində digər mövzular ətrafında məşğələlər keçiriləcək.

Layihə çərçivəsində  cari ilin sonunadək  keçirilməsi  nəzərdə tutulan treninqlərdə 60-dək Jurnalist iştirak edəcək. Həmçinin Layihə çərçivəsində İKT-dən yazan Jurnalistlərin şəbəkəsinin yaradılması , İKT ilə bağlı Jurnalistlər üçün  metodiki vəsaitin hazırlanması və İnformasiya  Cəmiyyətində medianın rolu ilə  bağlı ictimai diskussiyaların təşkili nəzərdə tutulub.

Layihə İREX təşkilatı tərəfindən dəstəklənib.

şərhlər

Jurnalistlərin İKT hazırlığının inkişaf etdirilməsi məqsədilə təşkil olunan TRENİNQLƏRİN MÖVZULARI

19 İyul 2008 19:21

Bu yay nə isə seminar və treninqlərlə zəngindir. Jurnalistlərin İKT hazırlığının inkişaf etdirilməsi məqsədilə təşkil olunan treninqlərin mpvzuları artıq hazırlanıb.

Mövzuları sizə təqdim edirəm.

  • 19 iyul 2008 (bu gün:)
    İnternetdə axtarış. Azərbaycan dilində axtarış. Müxtəlif axtarış proqramları. Şəkil və digər müxtəlif formatlı informasiyaların axtarışı. Saytların qeydiyyatı. Kataloqlar. Jurnalistlər üçün internet resurslar
    Qabil Qasımov – Meqa şirkəti

  • 26 iyun 2008
    İnformasiya mübadiləsi proqramları. E-mail. Messengerlər. Audio və video konfrans.   Audio və video fayllarla iş. Audio və video faylların internetdə yerləşdirilməsi.
    Vahid Qasımov – Sahil İT

  • 02 avqust 2008
    Bloqlar və onların yaradılması. Bloqların yeniləşdirilməsi. Bloq sistemləri.       
    Bloqların reklamı. RSS. Anonimlik. Sosial resurslar və onlardan istifadə qaydaları.
    Emin Hüseynzadə - ekspert (Blogger)

  •  09 avqust 2008
    Elekron xidmətlər. Online ödəmə. Elektron sorgular. Elektron ticarət. Elektron formada
    alqı-satqı əməliyyatlarının icrası. İnternet bankinq.
    Fərid İsmayılzadə - Silverkey.az

  • 16 avqust 2008
    Kompüterlərdə və internetdə təhlükəsizlik. Viruslar və antiviruslar. Antivirusun
    yeniləşdirilməsi. Viruslardan və haker hücumlarından müdafiə üsulları. Spamlarla  
    mübarizə. Antişpion proqramlardan istifadə.
    Emin Hüseynov - Ekspert (ilk10.az)

  • 23 avqust 2008
    Mobil internet. Mobil resurslardan effektiv istifadə qaydaları. Wap resurslar. WAP xəbər 
    saytları. WAP –dan jurnalistikada istifadə.  Mobil telefonla  xəbər  axtarışı. Mobil təhlükəsizlik.
    Rəşad Əliyev - wap.xana.az
şərhlər

Jurnalistlərin İKT bacarıqlarının artılrılmasına dəstək

16 İyul 2008 18:55

Bu yaxınlarda Multimedia Mərkəzindən Wap ilə əlaqədar treninqi aparmaq barədə bir təklif aldım və bu gün artıq mənə xəbər verdilər ki artıq treninqlər başlayır. Proqramı ətraflı olaraq bu yaxınlarda sizlərə təqdim edəcəyəm. İndi istə treninq haqqında qısa bir məlumat.

Treninqlərdə media sahəsində ( qəzet, Agentlik, TV və radio, informasiya  saytı və s.) çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edə bilərlər.
 
Treninqlər İnformasiya Cəmiyyətinin formalaşması və onun xüsusiyyətlərini əks etdirən, eyni zamanda Jurnalistlərin maraq dairələri nəzərə alınmaqla hazırlanan xüsusi Proqram əsasında keçiriləcək.
 
Bir qrup üzrə 12 Treninqin keçirilməsi nəzərdə tutulur.
 
Məşğələlər ölkədə  İKT  sahəsində bacarıqlı mütəxəssislər və ekspertlər tərəfindən aparılacaq.  
 
Treninqlərdə iştirak etmək istəyənlər üçün kompüter və  informasiya  texnologiyaları sahəsində  elementar  biliklərə  sahib olmaq tələb olunur.
 
Treninqlər  şənbə günü saat 11.00 - 14.00- dək keçiriləcək.

Treninqlərin təxmini  mövzusu

  1. İnternetdə səmərəli  axtarış üsulları. Az dilində axtarış.  Axtarış saytlarında qeydiyyat. Sadə İnternet saytlarının və Bloqların yaradılması və istifadə qaydaları. Sosial resurslardan istifadə qaydaları.
  2. İnformasiya  mübadiləsi proqramları ilə işləmək qaydaları ( Mail Proqramları, Skype, Win Messencer  və. s)
  3. Dizayn, Tərtibat, Foto-dizayn  proqramları ilə  işləmək qaydaları , Qəzet tərtibatı ( Quark Express, Adobe Fotoshop, və.s.
  4. Prezentasiyaların hazırlanması,
  5. Kompüterdə ve İnternetdə tehlükəsizlik. Viruslar və  antiviruslar, Spamlarla  mübarizə.
  6. Mobil internet. Wap saytlarla iş. Mobil telefon və kompüterin inteqrasiyası. Mobil təhlükəsizlik.
  7. İnternetdə radio ve TV. Audio və video fayllar üzərində iş
  8. İnternetdə rəsmi saytlar. Internetdə açiqlanması məcburi informasiyalar. Rəsmi informasiyaların əldə olunması.
  9. Internetdə elektron  və interaktiv xidmərtlər .Elektron hökumət. Online  sorğular. Elektron səsvermə.

Treninqlərdə iştirak etmək istəyənlər  qabaqcadan qeydiyyatdan keçməlidirlər. Yerlərin sayı məhduddur.
İştirak etmək istəyənlər  aşağıdakı ünvana müraciət edə bilərlər.

Multimedia Mərkəzi
Xəyalə Mustafayeva
AZ1001, Bakı, M. Əfəndiyev k. 5
Tel. 492 44 44.
www.cit.az
multimedia@cit.az

şərhlər
Arxiv