İlk səhifə
 
Burda özümün əsasən İnformasiya Texnologiyaları sahəsində apardığım araşdırmalar haqda yazacağam.
Azeronline Awarded
Java Script
PHP
Rashad Aliyev's Facebook profile

Kompüterlərdə və İnternetdə təhlükəsizlik

16 Avqust 2008 15:32

Kompüterlərdə və İnternetdə təhlükəsizlik Kompüterlərdə və İnternetdə təhlükəsizlik

Bu gün Azərbaycan İnternet Forumunun təskil etdiyi layihə nəzdində İlk10 saytının yaradıcısı Emin Hüseynovun Kompüterlərdə və İnternetdə təhlükəsizlik mövzusunda treyninqi keçirildi. Treninqdə Emin Hüseynov Kompüter təhlükəsizliyi mövzusunda Ehtiyat nüsxələnmə (backup), Ehtiyat məlumatların saxlanması üçün istifadə olan proqramlar, viruslar, virusların yaranması, viruslardan qorunma, antiviruslar haqqında ətraflı məlumatlar verdi.

Treninq vaxtı Emin Hüseynovun Ehtiyat nüsxələnmə üçün istifadə edilən NTBackup proqramı haqqında verdiyi məlumatı videoya çəkib YouTube atmışam, videoya burdan baxa bilərsiniz.

Emin Hüseynov İnternetdə təhlükəsizlik barədə danışarkən hamının tez-tez rast gəldiyi aldadıcı reklamlar barədə məlumat verdi. Belə ki bəlkə də sizin də qarşınıza çıxıb, məktub gəlir, və məktubun mövzusunda Nigeriada çevriliş baş berməsi və Baş nazirinin həyat yoldaşının 1 milyard dollar pulu olması, o pulu öz qohumlarının hesabına keçirdə bilməməsi və sizdən xahiş edir ki bu pulu sizin hesabınıza keçirtsin və bu puldan 10%-ini sizə verməsini söz verir. Sonra məlumat verir ki bəs siz özünüz üçün Hansısa Bankda hesab açmalısız və öz məlumatlarınızı (parol və s şəxsi məlumatları) ona verməlisiz. Sonra bir müddət keçdikdən sonra həmin Baş Nazirin arvadından məktub gəlir ki bəs sizin hesaba pul keçirtmək üçün Bank hesabınızda heç olmasa 10 000 dollar olmalidır. Siz də gedib borc xərc o qədər pulu tapıb qoyursuz hesaba ki onsuzda 1 milyard gələcək də 10 000-i ordan çıxaram sonra. Pulu hesaba qoyduqdan sonra o adam yoxa çıxır pulunuz da həmçinin. Emin Hüseynov bu cür aldadıcı məktublar və ya siz indi 1 milyol dollar uddunuz kimi reklam, spamlara, viruslara yoluxmamaq üçün internetdə ehtiyatlı istifadə etməyi tövsiyyə etdi.

Kompüterlərdə və İnternetdə təhlükəsizlik

Fasilə vaxtı hətta ad günü tortu da yedik. Ad günü münasibəti ilə İlahə-ni təbrik edirəm. Böyük qız olasan.

Fasilədən sonra, virusa nümunə kimi Osman müəllimin Flash kartında olan virusu tapdı və Flash kartı kompüterə salan kimi Virus Troyanını tapılması barədə məlumat verildi. Emin-in kompüterində 3 Antivirus proqramı olduğu halda onlardan biri olan Avira Antivirusu virus barədə məlumat verdi və onunla nə etmək istəyəcəyi barədə sorğu verdi. Sonra isə Emin nümunə kimi virusun işləmə prosesini göstərdi.

Emin Hüseynov İnternetdə təhlükəsizlik haqqında kifayət qədər məlumatlar verdi. Saytların Vebustalarının kompüterlərindəki virsların hesabına onların yaratdıqları saytlarda yaranmış problemlər (reklam virusları və s) barədə nümunələr göstərdi. XSS barədə məlumat verdi və jurnalistlərin bunlarıbilməsi, qarşısıya çıxan problemi aradan qaldırmaq üçün nələr etmak lazım olduğunu dedi.

Emin Hüseynovun treninq vaxtı istifadə etdiyi təqdimat faylını burdan yükləyə bilərsiz.

Bu cür maraqlı treninqi təşkil etdiyi üçün Osman Gündüzə və maraqlı treninqə görə Emin Hüseynova dərin minnətdarlığımı bildirirəm.

şərhlər

Azərbaycanda WAP və İnternet istifadəçiləri....

15 Avqust 2008 12:10

:) Azərbaycanda 32 İnternet provayder var, lakin internet istifadəçilərinin sayı 1 milyona yaxındır. Bu isə Azərbaycan əhalisinin 12%-inə yaxınının İnternetdən istifadə etməsi deməkdir. Lakin mobil İnternet (WAP) istifadəçilərin sayı bundan çoxdur. Buna sübut kimi Azercell (3.5 milyon), Bakcell (2 milyon), Nar Mobile (500 minə yaxın və ya ola bilər çox) abunələrin sayı və o istifadəçilərin 30%-inin mobil internet istifadəçisi olması göstərir ki Azərbaycanda hal hazırda Mobil İnternet istifadəçilərinin sayı adi internet istifadəçilərinin sayından çoxdur. Məktəblərin internetləşməsinin hesabına bu faizllər bərabərləşə bilər lakin Mobil Operatorlar da bəzi dəyişikliklər eləsələr bu faizləri artıra bilərlər.

 

Mobil İnternet istifadəçiləri.

Azalma səbəbi

  • Yeni yaranan WAP saytların ömürləri çox olmur belə ki onlar yaranır və bir müddət fəaliyyət göstərdikdən sonra müflis olub bağlanırlar. Səbəb isə saytdakı pullu məzmunun çox baha başa gəlməsi lakin sayt sahibinə az qazanc qalmasıdır.
  • İstifadəçilərin çox hissəsi mobil internetdən istifadəni azaldır, çünki onlar hər hansı məzmun-u alarkən 1 dəfəyə ödəmə edirlər (1. sms, 2. GPRS-ə görə) və növbəti dəfə həmin istifadəçilər saytlara etibar etmirlər.
  • İnkişaf etmiş saytları hər hansı məzmun təminatçısı alır və o öz saytına yönləndirir ki bu da istifadəçilərin etibarını azaldır.
  • BakcellNar Mobile kimi operatorlarda İnternetin sürəti zəif olduğundan istifadəçilər Mobil internet istifadəsini yalnız vacib hallarda edirlər.

Bu cür getsə Mobil saytların sayı azalacaq və mobil internet istifadəçiləri də adi internet istifadəçilərinə çevriləcəklər.

Artım üçün təklifim

  • 3G texnologiyasını xoda salmaq
  • Mobil İnternet istifadəsi üçün trafikli paketlər və xüsusi endirim paketləri tərtib etmək
  • WAP trafikdən sayt sahiblərinə pulsuz yükləmələrdən faizlər vetmək
  • Pulla satılan məzmunda (sms-lərdə) WAP trafikə görə pul çıxmamaq
  • BakcellNar Mobile kimi operatorlarda İnternetin sürətini gücləndirmək və sayt sahiblərinə pul qazanmaq şəraiti yaratmaq.
  • İstifadəçilər üçün WAP saytlardan istifadə üçün treninqlər təşkil etmək

Bunlar olduqdan sonra Azərbaycanda Mobil internetinin istifadəçiləri daha da artacaq.

Amma belə olmasa 1 ildən sonra Mobil İnternet istifadəçiləri Operatorların 5-10%-ini təşkil edəcək və bu statistika hər il aşağı düşəcək.

Bu işləri görmək üçün Operatorlara bir çox təkliflər edilib və nəticələr gözlənilir, amma onlar nə qədər çox yatsalar bir o qədər ziyanlarınadır :)

Azərbaycan İnternetinin istifadəçilərinin zəif olmasının səbəbi.

  • İnternetin sürəti zəifdir
  • İstifadəçilərin marağına səbəbə olacaq Məlumat xarakterli portal yoxdur
  • Alış veriş eləmək üçün sayt yoxdur
  • İstifadəçilər İnternet deyəndə tanışlıq sistemi ya da ki dayaz fikirləşirlər.
  • Və s....

Təklifim

  • GoldePay sistemi ilə birlikdə PayPal və s. Ödəmə sistemlərini Azərbaycana gətirmək
  • İstifadəçilərin internet haqqında fikirlərini dəyişmək üçün normal portallar yaratmaq.
  • Treninqlər eləmək 
  • İnterntin sürətini artırmq, qiymətini aşağı salmaq

Bunun üçün isə Azərbaycan dövlətinin yatırmağa Nefti var, pulu var amma ki bilikli kadrları azdir və onlar da artıq gözləməkdən bezib.

Görək nələr olacaq :)

şərhlər(2)

Western Union Azərbaycan....

14 Avqust 2008 10:48

Western Union İndicə LENT.AZ saytında oxuduğum bir xəbər məni çox sevindirdi. Belə ki artıq Kuba, Türkmənistana yaxınlaşmağa doğru getdiyimizi fikirləşirdim. İyul ayının 30-dan Azərbaycanda ən tanınmış pul koçürmə sistemi olan “Western Union” və onunla eyni vaxtda Moneygram və s bu tip xırda pul köçürmə sistemləri də bağlanmışdı, səbəb isə bu cür sistemlərin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərməsi olmuşdu.

Bu gündən isə, artıq bu sistemlərlə pul köçürmələri bərpa edildi. Bu çox sevindirici faktdır ki Azərbaycan öz siyasətini yeridib istədiyinə nail olur və eyni vaxtda belə inkişaf etmiş sistemlərin Azərbaycandan getməməsi üçün “Western Union” kimi sistemlər əlindən gələni edirlər.

Bu arada mövzudan kənar da olsa :) gözləyək görək Azərbaycanda PayPal, WebMoney kimi eCash sistemləri haçan gələcək.

şərhlər

box.az 8 yaş...

11 Avqust 2008 11:22

Bu yaxınlarda Azərbaycanda ən böyük və tanınmış elektron poçt servisi olan box.az saytının 8 yaşı tamam oldu. Bu münasibətlə dünən saytın rəhbərliyi Azərbaycanın internetində dəyişikliklər eləmiş bir neçə gənci bir yerə toplayıb bunu qeyd etdilər. Toplantıda saytın yaranması, statistik məlumatlar, gələcək planları və mövzudan kənar olaraq Azərbaycan İnternetindəki durum barədə də müzakirələr elədik.

İşlərim olduğundan tortun kəsilməsinə qədər qalmadığım üçün təəssüf edirəm. Amma ki çox sevindim ki mən də bu cür intellektual inkişaf eləmiş gənclərin arasında öz fikrimi bildirə bildim.

Sonda box.az-ın 8 yaşı münasibəti ilə təbrik edir, gələcəkdə daha da yeni funksiyaların əlavə edilməsini və uzunömürlü olmasını arzulayır və Fərid Məmmədova təşkilatı işlərə görə dərin təşəkkürümü bildirirəm.

şərhlər

Treninqdən...

09 Avqust 2008 14:56

Treninqdən...

Hal hazırda Fərid İsmayılzadənin Elektron Ticarət haqqında keçirtdiyi treninqdən gəlirəm. I hissədə Fərid Bəy dünya praktikası barədə qısa məlumat verdi. İndi II hissə başlayıb
Fərid bəy bu hissədə Azərbaycandakı Elektron Ticarət haqqında danışdı.

13:10 – Dünya praktikası, Əsasən yaxın ölkələrimizdən olan Latviyanın praktikası barədə danışır.

13:15 - GoldenPay-ın demosunu göstərir. Test üçün Aztelekom İstehsalat Birliyinin ödəmə sistemini nümunə göstərir. Təhlükəsizlik və s məlumatlar verir.

13:25 – Bank və GoldenPay sisyemi ilə müqavilənin bağlanması prosesi haqqında məlumat verir.

Yeni qurulacaq layihələr barədə dəyərli məlumatlar əldə etdim. Qisaca onu deyə bilərəm ki bu treninqdən bir çox şeylər öyrəndim. İnşallah bu sistem xoda düşdükdən sonra Azərbaycan iqtisadiyyatının iknişaf edəcəyinə əminəm.

Osman müəllimə bu cür treninq təşkil etdiyi üçün, Fərid bəyə isə maraqlı treninqə görə dərin təşəkkürümü bildirirəm.

şərhlər
Arxiv